Qubada antisanitar vəziyyət yaradan şəxslər cərimələnib
Qubada antisanitar vəziyyət yaradan şəxslər cərimələnib.
Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarını urnalardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan iki nəfər şəxs müəyyən olunub.
Onlarla profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb
421