Xocalı istiqamətində ermənilərin təxribatlarının qarşısı alındı | 1news.az | Xəbərlər
Cəmiyyət

Xocalı istiqamətində ermənilərin təxribatlarının qarşısı alındı

Qafar Ağayev17:09 - 19 / 08 / 2023
Xocalı istiqamətində ermənilərin təxribatlarının qarşısı alındı

Avqustun 19-u saat 16:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında kənd təsərrüfatı işləri adı altında uzunmüddətli fortifikasiya qurğularını hazırlamağa cəhd göstəriblər.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan mühəndis işləri dərhal dayandırılıb" deyə, məlumatda qeyd olunub..

Paylaş:
334

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər