Bu il 30 mindən çox şəxsə əlillik təyin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu il 30 mindən çox şəxsə əlillik təyin olunub

Qafar Ağayev11:52 - 19 / 08 / 2023
Bu il 30 mindən çox şəxsə əlillik təyin olunub

Azərbaycanda 2023-cü ilin yanvar-iyul ayları ərzində 30,1 min şəxsə əlillik təyin edilib.

1news.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, onlardan 14,7 mininə ilkin, 15,4 mininə təkrar əlillik təyinatı aparılıb:

“Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

Həmçinin bu ilin 7 ayında Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 38,1 min şəxsə reabilitasiya xidməti göstərilib və 6,7 min şəxs 45,8 min reabilitasiya vasitəsi ilə təmin edilib”.

Paylaş:
446

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər