Pirşağıda dənizdə bir nəfər batıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Pirşağıda dənizdə bir nəfər batıb

Qafar Ağayev14:12 - 21 / 08 / 2023
Pirşağıda dənizdə bir nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 1 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

1news.az FHN-in saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Paylaş:
275

Son xəbərlər

Bütün xəbərlər