Ermənistanda zəlzələ olub, Azərbaycanın qərb rayonlarında hiss edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistanda zəlzələ olub, Azərbaycanın qərb rayonlarında hiss edilib

Qafar Ağayev14:35 - 21 / 08 / 2023
Ermənistanda zəlzələ olub, Azərbaycanın qərb rayonlarında hiss edilib

Ermənistanda zəlzələ olub.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan bildirilib.

Məlumata görə, yeraltı təkanlar Tovuz stansiyasından 39 km cənub-qərbdə Ermənistan ərazisində qeydə alınıb.

Zəlzələnin maqnitudası 4,1, dərinliyi 2 km olub.

Yeraltı təkanlar Azərbaycanın Gədəbəy, Tovuz və digər sərhəd rayonlarında 3 bala qədər hiss olunub.

Paylaş:
294

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər