Priqojinin də içində olduğu təyyarə qəzaya uğrayıb, 10 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Priqojinin də içində olduğu təyyarə qəzaya uğrayıb, 10 nəfər ölüb

22:15 - 23 / 08 / 2023
Priqojinin də içində olduğu təyyarə qəzaya uğrayıb, 10 nəfər ölüb

Rusiyanın Tver vilayətində “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin də olduğu təyyarə qəzaya uğrayıb.

1news.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

"Tver vilayətində "Embraer" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Sərnişinlərin siyahısına əsasən, onların arasında Yevgeni Priqojinin adı və soyadı da var" - məlumatda vurğulanıb.

Qeyd olunub ki, “Embraer” təyyarəsi Moskvanın Şeremetyevo hava limanından Sankt-Peterburq şəhərinə doğru uçurmuş. Təyyarədə üçü pilot olmaqla ümumilikdə 10 nəfər olub. 10 nəfərin hamısı ölüb.

Paylaş:
789

Son xəbərlər

Bütün xəbərlər