Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib - FOTO

Qafar Ağayev15:50 - 25 / 08 / 2023
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib - FOTO

Avqustun 25-i saat 13:35 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Bölmələrimizin sayıqlığı nəticəsində kvadrokopter aşkar edilərək atıcı silahlardan açılan atəşlə məhv edilib" - məlumatda qeyd olunub.

Paylaş:
365

Son xəbərlər

Bütün xəbərlər