Bakıda piyadanı maşın vurub öldürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda piyadanı maşın vurub öldürdü

Qafar Ağayev13:59 - 26 / 08 / 2023
Bakıda piyadanı maşın vurub öldürdü

Bakının Xəzər rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.

Paytaxt sakini G.Məmmədov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini V.Hacıyevanı vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
303

Son xəbərlər

Bütün xəbərlər