Zakir Həsənov Türkiyənin Zəfər Bayramı mərasimində iştirak edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Həsənov Türkiyənin Zəfər Bayramı mərasimində iştirak edib - FOTO

Qafar Ağayev10:48 - 31 / 08 / 2023
Zakir Həsənov Türkiyənin Zəfər Bayramı mərasimində iştirak edib - FOTO

Qardaş ölkədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Zəfər Bayramı münasibətilə Ankara şəhərində keçirilən təntənəli mərasimdə iştirak edib.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış nitqi ilə çıxış edib.

Təntənəli mərasimdə qardaş ölkənin Zəfər Bayramını tərənnüm edən musiqi nömrələri təqdim olunub.

Paylaş:
416

Son xəbərlər

Bütün xəbərlər