“Revival P” minatəmizləmə maşını QDF tərəfindən ANAMA-ya təqdim olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Revival P” minatəmizləmə maşını QDF tərəfindən ANAMA-ya təqdim olunub - FOTO

Qafar Ağayev09:22 - 05 / 09 / 2023
“Revival P” minatəmizləmə maşını QDF tərəfindən ANAMA-ya təqdim olunub - FOTO

Xəbər verildiyi kimi, 26 Avqust tarixində sahibkarlar tərəfindən Qarabağ Dirçəliş Fonduna “İmprotex İndustries” (Azərbaycan) şirkətinin istehsalı olan “Revival P” minatəmizləmə maşını ianə olunub.

1news.az xəbər verir ki, sentyabrın 4-də QDF tərəfindən həmin maşının Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) verilməsinə həsr olunan təqdimat mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, QDF-in Müşahidə Şurasının üzvü Rövşən Rzayev, Milli Məclisin deputatı, QDF-in Müşahidə Şurasının üzvü Fatma Yıldırım, “İmprotex” Şirkətlər Qrupunun rəhbərliyi, Fondun tərəfdaşları və donorları, eləcə də media nümayəndələri iştirak ediblər.

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev müzəffər Azərbaycan ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı qələbənin Cənubi Qafqazda yeni reallıqla yanaşı, ölkəmizin tarixində yeni quruculuq dövrünün başlamasına şərait yaratdığını qeyd edib.

Fondun fəaliyyətindən və həyata keçirdiyi layihələrdən danışan İdarə Heyətinin sədri QDF-in donor və tərəfdaşları ilə əlaqələrinin günü-gündən inkişaf etdiyini və bu əməkdaşlıq çərçivəsində Fonda pul vəsaiti ilə yanaşı texniki vasitələrin də ianə edildiyini diqqətə çatdırıb. Rəhman Hacıyev “Revival P” minatəmizləmə maşınının Laçın şəhəri günündə QDF-ə ianə edilməsinin xüsusilə əlamətdar bir hadisə olduğunu vurğulayıb.

İdarə Heyətinin sədri əminliklə bildirib ki, QDF-ə ianə olunan minatəmizləmə maşını işğaldan azad olunan ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə, bununla da orada məskunlaşacaq soydaşlarımızın təhlükəsizliyinin təmin edilməsinə böyük töhfə verəcək.

R.Hacıyev Fonda minatəmizləmə maşınının ianə edilməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək bunu təqdirəlayiq və örnək addım adlandırıb.

İşğaldan azad edilən ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən aparılan minatəmizləmə əməliyyatları ilə bağlı tədbir iştirakçılarına məlumat verən Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov, qısa zaman ərzində “Made in Azerbaijan” brendi altında istehsal olunan yerli minatəmizləmə maşınlarının həm yerli, həm də beynəlxalq auditoriyaya təqdim edilməsinin qürurverici olduğunu qeyd edib.

Sədr bildirib ki, beynəlxalq standartlara cavab verən “Revival P” mexaniki minatəmizləmə maşını işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən sınaqdan keçirilib və nəticələr yüksək qiymətləndirilib. Azad edilmiş ərazilərin təhlükəsizliyinin təmin edilməsində Agentliyin insan resurlarının genişləndirilməsi ilə yanaşı, mexaniki minatəmizləmə maşınlarının sayının artırılmasının da vacibliyini vurğulayıb.

Çıxışlardan sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin fəaliyyətinə, eləcə də “Revival P” minatəmizləmə maşınına həsr olunan videoçarxlar nümayiş olunub.

Daha sonra “Revival P” minatəmizləmə maşınının sertifikatı ANAMA-nın İdarə Heyətinin sədrinə təqdim edilib.

Sonra tədbir iştirakçıları “Revival P” minatəmizləmə maşını ilə tanış olublar.

Xatırladaq ki, daha öncə də Qarabağ Dirçəliş Fonduna donorlar tərəfindən müxtəlif təyinatlı texnikalar ianə edilib. Hazırda həmin texnikalar işğaldan azad edilən ərazilərdə aparılan bərpa və quruculuq işlərində geniş istifadə olunur.

Qarabağ Dirçəliş Fondu işğaldan azad edilən ərazilərin bərpası üçün həm pul vəsaiti, həm də texnikalar ianə edən bütün tərəfdaşlarına təşəkkür edir və hər kəsi işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin təşkili və sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.

Paylaş:
215

Son xəbərlər

Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13
Bütün xəbərlər