Qubada maşın çaya düşdü - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada maşın çaya düşdü - FOTO

Qafar Ağayev10:35 - 05 / 09 / 2023
Qubada maşın çaya düşdü - FOTO

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1news.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun İkinci Nügədi kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək, Qaraçay çayına düşüb.

Qəza nəticəsində maşındakı Göyçay sakini olan qadın sərnişin dünyasını dəyişib. Sürücü və başqa bir sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
507

Son xəbərlər

Bütün xəbərlər