Azərbaycan startapları Türkiyədə keçirilən “Teknofest”də iştirak edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan startapları Türkiyədə keçirilən “Teknofest”də iştirak edib - FOTO

Qafar Ağayev17:43 - 07 / 09 / 2023
Azərbaycan startapları Türkiyədə keçirilən “Teknofest”də iştirak edib - FOTO

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə yerli startaplar Türkiyədə keçirilən “Teknofest” festivalında iştirak edib.

1news.az xəbər verir ki, Türkiyənin Ankara şəhərində baş tutan 5 günlük “Teknofest” Aviasiya, Kosmik və Texnologiya festivalında Azərbaycanı “Metatesk”, “Ednify”, “SmartROW”, “Azirrigation” startapları təmsil edib.

Layihələr müvafiq olaraq təhsil (“Metatesk”, “Ednify”), rabitə (“SmartRow”), kənd təsərrüfatı (“Azirrigation”) sahəsində innovativ həllərin tətbiqinə yönəlib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bu startaplara “Teknofest”də iştirakın təmin olunması üçün dəstək göstərib. Bundan əlavə səfər zamanı tədbirdə iştirak edən İRİA nümayəndəsi Mir Kənan Mənsurzadə Azərbaycandan olan startap komandaları ilə təqdimatlar və hazırlıq səviyyəsi ilə bağlı fikir mübadilələri aparıb, müvafiq istiqamətlərdə təkliflər verib. O cümlədən uyğun investisiya imkanları və digər tərəfdaşlıqların əldə olunması üzrə lazımi istiqamətlər verilib.

Stendləri Türkiyənin dövlət qurumlarının əməkdaşları, tanınmış investorlar, biznes analitiklər ziyarət edib.

Ziyarətçilər arasında yer alan “Bayraktar” PUA-nın yaradıcısı və təsisçisi Selçuk Bayraktar “Azirrigation” və “Metatesk”in stendlərinə baş çəkib. Həmçinin, Türkiyənin yeni maliyyə naziri Mehmet Şimşek də Azərbaycanın yaratdığı startaplarla tanış olub. Türkiyəli iş adamı Nəcməddin Bilal Ərdoğan “Metatesk”in yaratdığı stendi ziyarət edib.

Festival çərçivəsində bir sıra yerli startap yeni əməkdaşlıq təklifləri alaraq növbəti tarixlərdə görüşlər həyata keçiriblər. Belə ki, "SmartROW" startapının komandası “Tubitak” tərəfindən İzmirdə baş tutacaq növbəti "TEKNOFEST" üçün müvafiq startapın tətbiq olunması üzrə müzakirə görüşünə təklif alıblar.

Qeyd edək ki, “Teknofest” Aviasiya, Kosmik və Texnologiya festivalında İRİA nümayəndəsi müvafiq istiqamətlərdə ixtisaslaşmış və tədris verən "Türk Hava Kurumu Üniversitesi" , "Ankara Üniversitesi" , "Trabzon Üniversitesi", " Gazi Üniversitesi" və bu kimi digər universitetlərlə müxtəlif görüşlər keçirib, potensial əməkdaşlıqları müzakirə edib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə yerli startaplar Türkiyədə keçirilən “Teknofest” festivalında iştirak edib.

APA-Economics” xəbər verir ki, Türkiyənin Ankara şəhərində baş tutan 5 günlük “Teknofest” Aviasiya, Kosmik və Texnologiya festivalında Azərbaycanı “Metatesk”, “Ednify”, “SmartROW”, “Azirrigation” startapları təmsil edib.

Layihələr müvafiq olaraq təhsil (“Metatesk”, “Ednify”), rabitə (“SmartRow”), kənd təsərrüfatı (“Azirrigation”) sahəsində innovativ həllərin tətbiqinə yönəlib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi bu startaplara “Teknofest”də iştirakın təmin olunması üçün dəstək göstərib. Bundan əlavə səfər zamanı tədbirdə iştirak edən İRİA nümayəndəsi Mir Kənan Mənsurzadə Azərbaycandan olan startap komandaları ilə təqdimatlar və hazırlıq səviyyəsi ilə bağlı fikir mübadilələri aparıb, müvafiq istiqamətlərdə təkliflər verib. O cümlədən uyğun investisiya imkanları və digər tərəfdaşlıqların əldə olunması üzrə lazımi istiqamətlər verilib.

Stendləri Türkiyənin dövlət qurumlarının əməkdaşları, tanınmış investorlar, biznes analitiklər ziyarət edib.

Ziyarətçilər arasında yer alan “Bayraktar” PUA-nın yaradıcısı və təsisçisi Selçuk Bayraktar “Azirrigation” və “Metatesk”in stendlərinə baş çəkib. Həmçinin, Türkiyənin yeni maliyyə naziri Mehmet Şimşek də Azərbaycanın yaratdığı startaplarla tanış olub. Türkiyəli iş adamı Nəcməddin Bilal Ərdoğan “Metatesk”in yaratdığı stendi ziyarət edib.

Festival çərçivəsində bir sıra yerli startap yeni əməkdaşlıq təklifləri alaraq növbəti tarixlərdə görüşlər həyata keçiriblər. Belə ki, "SmartROW" startapının komandası “Tubitak” tərəfindən İzmirdə baş tutacaq növbəti "TEKNOFEST" üçün müvafiq startapın tətbiq olunması üzrə müzakirə görüşünə təklif aldılar.

Qeyd edək ki, “Teknofest” Aviasiya, Kosmik və Texnologiya festivalında İRİA nümayəndəsi müvafiq istiqamətlərdə ixtisaslaşmış və tədris verən "Türk Hava Kurumu Üniversitesi" , "Ankara Üniversitesi" , "Trabzon Üniversitesi", " Gazi Üniversitesi" və bu kimi digər universitetlərlə müxtəlif görüşlər keçirib, potensial əməkdaşlıqları müzakirə edib.

Paylaş:
315

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər