Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO

Qafar Ağayev09:36 - 08 / 09 / 2023
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb - VİDEO

2023-cü ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, toplanış müddətində hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, eləcə də düzgün istifadə qaydaları öyrədilib.

Həmçinin hərbi vəzifəlilərin mənəvi-psixoloji vəziyyətləri yoxlanılıb, onlarla milli-mənəvi dəyərlərə sadiqlik, dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətlər aparılıb.

Təlim toplanışı başa çatdıqdan sonra hərbi vəzifəlilər aidiyyəti dövlət qurumunun nümayəndələrinin müşayiəti ilə yaşayış yerlərinə yola salınıblar.

Paylaş:
277

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər