Bakı məktəblərində ilk dərs bu mövzuya həsr olunacaq - BŞTİ müdiri açıladı
“Bakı məktəblərində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq”.
1news.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu həm də Heydər Əliyev ili çərçivəsində həyata keçirilən tədbirlərin rəmzi mənasıdır.
“Ulu öndərin xatirəsinə həsr olunmuş bütün tədbirlərdə məqsədimiz vətənpərvərlik, dövlətçilik eyni zamanda geniş mənada Azərbaycançılıq ideyasının genişləndirilməsidir” .
4503