Rusiyanın Xankəndiyə göndərdiyi yardımın siyahısı açıqlandı | 1news.az | Xəbərlər
Ermənistan

Rusiyanın Xankəndiyə göndərdiyi yardımın siyahısı açıqlandı

16:44 - 12 / 09 / 2023
Rusiyanın Xankəndiyə göndərdiyi yardımın siyahısı açıqlandı

bu gün Rusiya Qızıl Xaç Cəmiyyətinin Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını Xankəndiyə çatıb.

1news.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, hazırda yardım Xankəndidə əhaliyə paylanır.

Cəmiyyətin rəhbəri Pavel Savçukun sözlərinə görə, yardıma 1000 ərzaq dəsti daxildir ki, bunların da içərisində un, ət konservi və digər məhsullar yer alıb. Eyni zamanda, yardımda yataq və uşaqlar üçün nəzərdə tutulan dəstlər də mövcuddur.

Ermənistan KİV ümumilikdə yardıma daxil olan məhsulların siyahısını dərc edib:

Ərzaq dəstləri - 1000 dəst

Bir dəstə daxildir:

- Günəbaxan yağı 0.9 l - 1 ədəd;

- Şəkər tozu 1 kq - 1 ədəd;

- Buğda unu 2 kq - 1 ədəd;

- Makaron 500 qr - 3 ədəd;

- Qarabaşaq yarması 1 kq - 1 ədəd;

- Buğda 1 kq - 1 ədəd;

- Manna yarması 1 kq - 1 ədəd;

- Yulaf 0,5 kq - 1 ədəd;

- Ət konservi 0,5 kq - 5 ədəd.

Bir dəstin ümumi çəkisi 11,4 kiloqram təşkil edir.

Yataq dəsti - 270 dəst

Bir dəstə daxildir:

- Yataq dəsti - 1 ədəd;

- Yastıq - 1 ədəd;

- Adyal - 1 ədəd.

Gigiyenik dəst - 200 dəst

Bir dəstə daxildir:

- Diş fırçası - 3 ədəd;

- Sabun - 10 ədəd;

- Termometr - 1 ədəd.

Uşaq dəstləri - 192 dəst

Bir dəstə daxildir:

- Uşaq üçün kisel - 1 ədəd;

- Vitamin pastilləri - 3 ədəd;

- Diş fırçası - 1 ədəd;

- Uşaq üçün püre - 1 səbət (8 ədəd);

- Uşaq üçün balıq yağı (kapsullar) - 1 ədəd;

- Uşaq pudrası - 1 ədəd.

Paylaş:
4025

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər