Şahzadə Diananın sviteri 1,14 milyon dollara satıldı
Şahzadə Diananın ağ qoyun cərgələrinin ortasında qara qoyun olan qırmızı sviteri "Sotheby's Hərrac Evi"nin Nyu-York filialında 1,14 milyon dollara satılıb.
1news.az xəbər verir ki, hərrac avqustun 31-də başlayıb və təklif olunan ən yüksək qiymət hərracın son dəqiqələrinə qədər 200 min dolların altında qalıb.
"Sotheby's" sviterin təxmini dəyərinin 50 ilə 80 min dollar arasında olduğunu bildirib. Hərrac evi sviterin alıcısınıkim olduğunu hələki açıqlamayıb.
Bu ilin mart ayında bir evin çardağında tapılan trikotaj sviter, son illərdə satılan ən çox qazanan Princess Diana əşyası olub.
Əlavə məlumat üçün bildirək ki, Diananın "Ford Escort" markalı avtomobili də keçən il 806 min dollara satılmışdı.
376