İlham Əliyev Səudiyyə Ərəbistanının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Səudiyyə Ərəbistanının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Aynurə Xudaverdiyeva11:56 - 05 / 10 / 2023
İlham Əliyev Səudiyyə Ərəbistanının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylinin etimadnaməsini qəbul edib.

1news.az xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.

Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin və ölkə rəhbərləri ilə arasında dostluq münasibətlərinin olduğunu qeyd edən Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərlərini məmnunluqla xatırladı. Dövlətimizin başçısı bütün dövrlərdə - həm işğal zamanı, həm də torpaqlarımızın işğaldan azad olunmasından sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası məsələlərində Səudiyyə Ərəbistanı Krallığının birmənalı şəkildə göstərdiyi mənəvi və siyasi dəstəyi bir daha yüksək qiymətləndirdi. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyinin ənənəvi xarakter aldığını məmnunluqla qeyd etdi.

İqtisadi əməkdaşlığa toxunan dövlətimizin başçısı enerji sahəsində yaxşı nümunələrin olduğunu bildirərək, Səudiyyə Ərəbistanı şirkətinin Azərbaycanda bu sahəyə böyük sərmayə qoymasının önəmini vurğuladı. Dövlətimizin başçısı bütün digər sahələrdə də əlaqələrimizin yüksək səviyyədə olduğunu dedi.

Səfir İssam bin Saleh əl-Cuteyli, ilk növbədə, İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səudun və Vəliəhd, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İki Müqəddəs Ocağın Xadiminə və Vəliəhdə çatdırmağı xahiş etdi.

Ölkəmizə səfir təyin olunmasından böyük şərəf hissi duyduğunu deyən İssam bin Saleh əl-Cuteyli Azərbaycanın Səudiyyə Ərəbistanı üçün dost və qardaş ölkə olduğunu vurğulayaraq, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı konkret təlimatlar aldığını bildirdi.

Paylaş:
394

Son xəbərlər

Bu bölgələrimizdə doğum göstəriciləri yüksəkdir - Siyahı18 / 11 / 2024, 17:43Astarada 47 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb18 / 11 / 2024, 17:34Son doqquz ayda ölkədə nikahların sayı azalıb18 / 11 / 2024, 17:12“Clean Energy Cəbrayıl” MMC və “Baku Steel Company” QSC arasında günəş enerjisi təchizatı haqqında anlaşma memorandumu imzalanıb18 / 11 / 2024, 16:53Azərbaycanda əhalinin sayı artıb18 / 11 / 2024, 16:39Kapital Bank rekord göstərici ilə 4 qızıl “Felis” mükafatı qazandı18 / 11 / 2024, 16:20Bəzi yerlərdə yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQ18 / 11 / 2024, 16:05Çeçenistan nümayəndə heyəti Milli Onkologiya Mərkəzində olmuşdur - FOTO18 / 11 / 2024, 15:43İlham Əliyev ekosistemə qəsdən zərər vuranların cəzalandırılmasını təsdiqləyib18 / 11 / 2024, 15:33Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu təyin olunub18 / 11 / 2024, 15:24Los-Ancelesə Azərbaycanın yeni baş konsulu təyin edilib18 / 11 / 2024, 15:16Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib18 / 11 / 2024, 15:11“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO18 / 11 / 2024, 14:53Nazir yaşıl xəstəxanalar layihəsinin tam reallaşacağı vaxtla bağlı danışdı18 / 11 / 2024, 14:45Emin Əmrullayev: “Ekoloji savadlılığın artırılması istiqamətdində işlər görülür”18 / 11 / 2024, 14:36Sahil Babayev: “Azərbaycan iqlim dəyişikliyinin həssas qruplara təsirini azaltmaq üçün əhəmiyyətli tədbirlər həyata keçirir”18 / 11 / 2024, 14:31Sabahdan yeni ekspres marşrutu fəaliyyətə başlayacaq18 / 11 / 2024, 14:28Astarada itkin düşən 74 yaşlı kişinin meyiti çayda tapılıb18 / 11 / 2024, 14:03Dövlət Başçısı Palau Prezidenti ilə görüşüb - YENİLƏNİB18 / 11 / 2024, 13:51İlham Əliyev Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb - YENİLƏNİB18 / 11 / 2024, 13:39
Bütün xəbərlər