FHN-in əməkdaşı Avropa çempionatının qalibi olub - FOTO | 1news.az | Xəbərlər
İdman

FHN-in əməkdaşı Avropa çempionatının qalibi olub - FOTO

13:44 - 07 / 10 / 2023
FHN-in əməkdaşı Avropa çempionatının qalibi olub - FOTO

2-4 oktyabr 2023-cü il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Gözəl Zutova Bakıda keçirilən kəmər güləşi üzrə III Avropa çempionatında birinci yerə layiq görülüb.

FHN-dən 1news.az-a verilən xəbərə görə, Gözəl Zutova 76 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Gözəl Zutova Dünya, Avropa və Azərbaycan çempionu olmaqla yanaşı dəfələrlə beynəlxalq turnirlərin qalibi olub.

Paylaş:
1786

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər