Səfirlik İsraildəki Azərbaycan vətəndaşlarına çağırış edib | 1news.az | Xəbərlər
Siyasət

Səfirlik İsraildəki Azərbaycan vətəndaşlarına çağırış edib

13:00 - 07 / 10 / 2023
Səfirlik İsraildəki Azərbaycan vətəndaşlarına çağırış edib

Azərbaycanın İsraildəki səfirliyi müraciət yayıb.

1news.az xəbər verir ki, müraciətin mətni ölkəmizin İsraildəki səfirliyinin “X” platformasındakı hesabında dərc edilib.

Müraciətdə deyilir ki, İsrail Müdafiə Qüvvələri tərəfindən müharibə vəziyyəti elan edilib:

“Bununla əlaqədar olaraq Azərbaycan vətəndaşlarına İsrail daxilində səyahət etməməyi, təhlükəsizlik qaydalarına riayət etməyi, diqqətli olmağı, yerli dövlət qurumları tərəfindən verilən tapşırıqlara uyğun hərəkət etməyi tövsiyə edirik”, - səfirlik qeyd edib.

Paylaş:
388

Son xəbərlər

ADY yay qrafikinə keçir

29 / 06 / 2026, 17:10
Bütün xəbərlər