Dövlət Xidməti özəlləşdirmədən büdcəyə 95,5 milyon manat vəsaitin ödənilməsini təmin edib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Xidməti özəlləşdirmədən büdcəyə 95,5 milyon manat vəsaitin ödənilməsini təmin edib

17:52 - 25 / 10 / 2023
Dövlət Xidməti özəlləşdirmədən büdcəyə 95,5 milyon manat vəsaitin ödənilməsini təmin edib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ilin yanvar-sentyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə 95,5 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Dövlət Xidmətindən 1news.az-a bildirilib ki, özəlləşdirilmədən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 dəfə çox olub.

Hesabat dövründə Dövlət Xidməti 43 hərrac keçirib. Hərraclarda 9 səhmdar cəmiyyətinin səhm paketi, 13 kiçik dövlət müəssisəsi, 3 yarımçıq tikili sahəsi, 382 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin ilk 9 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 206 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 44 onlayn qoşulma reallaşıb.

2023-cü ilin yanvar-sentyabr ayları ərzində investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə ümumilikdə 10,4 milyon manata yaxın vəsait qoyuluşu həyata keçirilib, müqavilə öhdəliklərinin icrası başa çatmış müəssisələrdə 221 iş yeri yaradılıb.

Paylaş:
434

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər