“AzerGold” sədrinin müavini: “Torpaqlarımızın azad edilməsi ölkəmizin dağ-mədən sənayesinin və metallurgiyanın inkişafında böyük rol oynayacaq” | 1news.az | Xəbərlər
Cəmiyyət

“AzerGold” sədrinin müavini: “Torpaqlarımızın azad edilməsi ölkəmizin dağ-mədən sənayesinin və metallurgiyanın inkişafında böyük rol oynayacaq”

Qafar Ağayev11:10 - 26 / 10 / 2023
“AzerGold” sədrinin müavini: “Torpaqlarımızın azad edilməsi ölkəmizin dağ-mədən sənayesinin və metallurgiyanın inkişafında böyük rol oynayacaq”

“Azərbaycanda elan edilən “Heydər Əliyev İli” çərçivəsində geologiya və dağ-mədən sahəsi ilə bağlı beynəlxalq miqyaslı tədbirin keçirilməsi dövlətimizin və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiramın növbəti ifadəsidir”.

1news.az xəbər verir ki, bunu Beynəlxalq Geologiya-Mədənçilik Forumunun rəsmi açılış mərasində çıxış edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov deyib.

“Sirr deyil ki, ölkəmizdə dağ-mədən sektorunun sənayenin müstəqil bir sahəsi kimi tərəqqisi Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri ilə bağlıdır. Çağdaş dövrdə də Ümummilli Liderin əsasını qoyduğu, möhtərəm cənab Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasət kursunun effektiv nəticələri ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi dağ-mədən sənayesinin dayanıqlı və dinamik inkişafında da özünü göstərməkdədir”.

O, qeyd edib ki, Azərbaycanın son 20 ildə əldə etdiyi iqtisadi-siyasi uğurları ölkəmizin təkcə regional səviyyədə deyil, qlobal miqyasda da rolunun artması iqtisadiyyatın bütün sahələrinin tərəqqisinə münbit zəmin yaradıb.

“Heç şübhəsiz, müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və şanlı Ordumuzun şücaəti ilə zəngin əlvan metal ehtiyatlarının potensialına malik Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ölkəmizin dağ-mədən sənayesinin və metallurgiyanın gələcək inkişafında böyük rol oynayacaq”.

“Qeyd edilən bu məqam və dağ-mədən sənayesinin inkişafı ilə əlaqədar atılan effektiv addımlar biz mədənçilərin öhdəliyinə ciddi hədəflər qoyur" deyə, “AzerGold” rəhbəri qeyd edib:

“Təmsil etdiyim “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti yeni istehsalat sahələrinin yaradılması ilə yanaşı, Respublikamızın malik olduğu zəngin mineral-xammal potensialının dayanıqlı iqtisadi inkişafa çevrilməsi istiqamətində Azərbaycan İnvestisiya Holdinqi, Ekologiya və Təbii Sərvət Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər əlaqədar dövlət qurumları ilə birgə intensiv iş aparır.

2018-ci ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə üzrə mövcud əlvan metal filizi yataqları ilə bağlı məlumat arxivinin yenilənməsi istiqamətində həyata keçirilən işlər buna əyani sübutdur. Bu çərçivədə ölkə üzrə əlvan metal filizi yataqları haqqında geoloji məlumatların düzgün təfsiri və öyrənilməsi, arxiv məlumatlarının təsnifatlandırılması, geoloji məlumatların beynəlxalq standartlara uyğun qaydada rəqəmsallaşdırılması icra edilib. Sovet dövründə aparılmış geoloji kəşfiyyat işləri barədə toplanılan məlumatlar – xəritə, mətn və qrafik əlavələrin elektronlaşdırılması, beynəlxalq standartlara uyğun olaraq hər bir yataq üzrə məlumat bazasının yaradılması sözsüz ki, əlvan metal sənayesinin xarici investorlar üçün cəlbediciliyini artırılmasına böyük töhfədir”.

O, qeyd edib ki, bütün bunlarla yanaşı, “AzerGold” QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə geologiya və mədənçilik sahəsi üzrə beynəlxalq əməkdaşlığa da öz töhfəsini verməkdədir. Müxtəlif ölkələrlə imzaladığımız memorandumlar çərçivəsində icra edilməkdə olan layihələr mədənçilik sahəsində elmi-texniki əməkdaşlığı, yeraltı sərvətlərin axtarışı, qiymətləndirilməsi, məlumat və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə etməklə dağ-mədən sənayesinin inkişafında öz əhəmiyyətli təsirini göstərmiş olacaq.

Ümumiyyətlə, zəngin təbii resurslardan səmərəli istifadə edərək, onları sosial rifaha, iqtisadi inkişafa çevirmək, dağ-mədən sahəsinin daha da inkişafına töhfə vermək “AzerGold” QSC-nin fəaliyyətinin əsas amalını təşkil edir. Bu məqsədlə, “AzerGold” QSC bugünədək mədən layihələrinin icrası üçün 453 milyon 828 min 600 manat investisiya yönəldib. 2017-ci ildən Daşkəsən və Göygöl rayonlarında yerləşən mədənlərdə həyata keçirilən istismar işləri nəticəsində bugünədək 388.4 min unsiya qızıl, 842.1 min unsiya gümüş hasil edilib. Ötən dövr ərzində 388.8 min unsiya qızıl, 846.5 min unsiya gümüşün yerli və beynəlxalq bazarlarda satışı nəticəsində ölkə iqtisadiyyatına 1 milyard 97 milyon 97 min manat vəsait cəlb edilib. Bununla yanaşı dövlət büdcəsinə vergi və sosial köçürmələr şəklində 148 milyon 373 min 272 manat məbləğində vəsait ödənilib.

Qürurla qeyd etmək istəyirəm ki, 7 il əvvəl fəaliyyətə Daşkəsən rayonunda yerləşən təkcə “Çovdar” qızıl yatağının istismarı ilə başlasaq da, bu gün həmin yatağın bazasında 1 regional emal sahəsi, 3 qızıl və 1 dəmir mədəni, eləcə də yeni əlvan və qara metal filizi yataqlarının istismarına hazırlıq işləri ilə yolumuza davam edirik.

Şirkətimiz dağ-mədən sənayesinin kompleks inkişafı istiqamətində fəaliyyətinin şaxələndirilməsi siyasətini həyata keçirir. Bu məqsədlə 2 törəmə Cəmiyyət təsis edilib. Bunlardan biri Cənubi Qafqaz regionunun ən böyük dəmir filizi yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi sahəsinin istismarı və fəaliyyətinin təşkili üçün yaradılan “Daşkəsən Dəmir Filiz” MMC-dir. Digəri mədənçilik, eləcə də sənayenin digər sahələrində istifadə edilən mülki partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşmış “AzerBlast” MMC-dir. Dövlət-özəl tərədaşlıq modelinə uyğun olaraq “AzerBlast” MMC-nin 2 səhmdarı var. “Daşkəsən Dəmir Filiz” MMC-yə isə yeni səhmdarın cəlb edilməsi üçün xarici investorların təkliflərinə baxılır.

Paylaş:
448

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər