Niderland - Azərbaycan oyununun hakimləri bəlli olub | 1news.az | Xəbərlər
İdman

Niderland - Azərbaycan oyununun hakimləri bəlli olub

11:22 - 01 / 12 / 2023
Niderland - Azərbaycan oyununun hakimləri bəlli olub

Futzal üzrə Azərbaycan milli komandasının DÇ-2024-ün elit-raund mərhələsində Bakıda Rumıniya, səfərdə isə Niderland yığmasına qarşı keçirəcək oyunları idarə edəcək hakimlər açıqlanıb.

1news.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 15-də Bakı İdman Sarayında təşkil olunacaq və saat 20:00-da start götürəcək Azərbaycan – Rumıniya matçını Polşadan, dekabrın 20-də Almere şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq Niderland – Azərbaycan qarşılaşmasını Litvadan olan hakimlər briqadası idarə edəcək.

matçı Litvadan olan hakimlər briqadası idarə edəcək.

Belə ki, Azərbaycan – Rumıniya matçınının hakimləri Damian Qrabovski, Slavomir Steçko və Monika Çudzinoviç olacaqkar. "Timekeeper" isə azərbaycanlı Ramil Namazov olacaq.

Niderland – Azərbaycan matçına isə Dominykas Norkus, Mantas Pomeckis və İrmantas Kapraşovas hakimlik edəcək. "Timekeeper" isə niderlandlı Joern Te Kloeze olacaq.

Paylaş:
1468

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər