Mərakeş mətbuatında Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib | 1news.az | Xəbərlər
Siyasət

Mərakeş mətbuatında Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib

22:30 - 12 / 12 / 2023
Mərakeş mətbuatında Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib

2023-cü il dekabrın 12-də Mərakeşin fransız dilində dərc olunan nüfuzlu “Al Bayane” qəzetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş məqalə dərc olunub.

“Heydər Əliyev- Azərbaycan dövlətinin və onun Mərakeşlə əməkdaşlığının banisi” adlı məqalədə ulu öndərin Azərbaycan xalqını dövrün tarixi və siyasi sınaqlarından uğurla çıxaran, onu müstəqilliyə aparan güclü şəxsiyyət olduğu vurğulanır. Bununla yanaşı, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrün Azərbaycan tarixinin parlaq səhifəsi olduğu və müstəqil dövlət quruculuğunda dahi şəxsiyyətin misilsiz xidmətləri qeyd olunur.

Məqalədə həmçinin, Ulu Öndərin Azərbaycanla Mərakeş arasında münasibətlərin əsasının qoyulmasındakı rolundan bəhs edilir, bu xüsusda Heydər Əliyevin 1994-cü ilin dekabrında İƏT-in Zirvə toplantısında iştirak etmək üçün Kasablankaya səfəri və bu çərçivədə Mərakeş Kralı II Həsənlə görüşünün tarixi əhəmiyyəti vurğulanır. İki ölkənin rəhbərinin strategiyasının hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Kral Əlahəzrət VI Məhəmməd tərəfindən uğurla inkişaf etdirildiyi də yazıda qeyd olunur.

2023-cü ilin Azərbaycanda ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi kimi qeyd edildiyini bildirən yazının müəllifi Azərbaycan xalqının ulu öndərin xatirəsini həmişə əziz tutduğunu və yad etdiyini, onun hakimiyyətə qayıdışı gününün isə, ölkədə milli bayram kimi qeyd edildiyini bildirir.

Paylaş:
361

Son xəbərlər

Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39DİN: Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıbBu gün, 12:12Azərbaycanda sektorlar üzrə strateji planların hazırlanmasının yeni Qaydası təsdiqlənibBu gün, 11:53Azərbaycanlı deputatlar Rusiyada beynəlxalq konfransa qatılacaqlarBu gün, 11:4431 min nəfərdən çox şəxsə proaktiv qaydada pensiya təyin edilibBu gün, 11:20Bu il icbari tibbi sığorta hesabına icra olunan diskektomiya əməliyyatının sayı açıqlanıbBu gün, 11:06AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39
Bütün xəbərlər