“Gabala Hospitality Group”a daxil olan şirkətlər BMT-nin “Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi Prinsipləri”ni imzalayıblar - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Gabala Hospitality Group”a daxil olan şirkətlər BMT-nin “Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi Prinsipləri”ni imzalayıblar - FOTO

13:07 - 13 / 12 / 2023
“Gabala Hospitality Group”a daxil olan şirkətlər BMT-nin “Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi Prinsipləri”ni imzalayıblar - FOTO

Ölkənin turizm və qonaqpərvərlik sənayesinin ən böyük oyunçularından biri - “Gabala Hospitality Group”-a daxil olan şirkətlər, qrupun korporativ sosial məsuliyyət proqramı çərçivəsində yeni addım ataraq qlobal təşəbbüs olan “Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi (QSC) Prinsipləri”-ni imzalayıblar.

Bu prinsiplər özəl sektordan olan müəssisələr üçün iş yerlərində, əmək bazarında və cəmiyyətdə gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasına dair rəhbər rolunu oynayır.

Təşəbbüs, BMT Qlobal Sazişi (UN Global Compact) və BMT-nin Qadınlar üzrə Agentliyi (UN WOMEN) tərəfindən 2010-cu ildə başladılmışdır. Azərbaycanda bu prinsiplər BMT-nin İnkişaf Proqramının "Cənubi Qafqazda Qadınların İqtisadi Səlahiyyətlərinin Artırılması" layihəsi çərçivəsində özəl şirkətlər arasında təşviq edilir. QSG prinsiplərini imzalayan şirkətlərin görüşündə iştirak edən “Gabala Hospitality Group” şirkətinin Baş İcraçı Direktoru Şəbnəm Fərman bu əlamətdar hadisə haqqında fikrini bildirərək qeyd etdi ki, “Bu gün biz, böyük qürur hissi ilə bu qlobal hərəkata üzv olmamızı ictimaiyyətə açıqlayırıq.

Bizim üçün biznes fəaliyyətində ən əsas prioritetlərdən biri də davamlılıq və dayanıqlı inkişafdır. Qrupumuza daxil olan şirkətlərdə bütün fəaliyyətlər bərabər yanaşmaya, əmək qanunvericiliyinə uyğunluğa əsaslanır.

Düşünürəm ki, bu qlobal təşəbbüsün tərkib hissəsi olan prinsiplər inklüziv yanaşmalarımıza daha da təkan verəcək. Azərbaycanda QSG prinsiplərini imzalayan ilk 31 şirkədən biri, qonaqpərvərlik sektorundan isə ilk şirkət olmağımız bizə xüsusi sevinc hissi bəxş edir. İnanıram ki, yaxın vaxtlarda bütün tərəfdaşlarımız, bizim sektorda fəaliyyət göstərən digər şirkətlər də bu layihəyə qoşulacaqlar.” “Gabala Hospitality Group”-a daxil olan şirkətlərin fəlsəfəsində güclü əməkdaşlar əsas yeri tutur. Bu qrupa daxil olan bütün şirkətlər bərabər iş imkanları vəd edir və əməkdaşlarının inkişafına xüsusi diqqət ayırır. Təsadüfi deyil ki, qrupun İdarə Heyətində xanım əməkdaşlar ən yüksək səviyyədə təmsil olunurlar və qərarvermə proseslərində önəmli rol oynayırlar.

Tədbirdə BMT-nin İnkişaf proqramının Azərbaycandakı Rezident Nümayəndəsi səlahiyyətlərini icra edən Alessandra Roccosalvo, QSG prinsiplərini imzalayan şirkətlərin nümayəndələri, ekspertlər iştirak etdilər. “Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi gender bərabərliyinə nail olmaq və davamlı inkişafı təşviq etmək üçün vacibdir.

Biz inanırıq ki, “Gabala Hospitality Group” QSG Prinsiplərinə qoşulmaqla, iqtisadi inkişafa, yoxsulluğun azaldılmasına və hamı üçün bərabər iş imkanlarının yaradılmasına töhfə verir.” – Tədbirdə çıxış edən BMT-nin İnkişaf Proqramının Layihə Meneceri Aygün Əhmədova bildirdi.

Reklam hüququnda

Paylaş:
960

Son xəbərlər

Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36
Bütün xəbərlər