Moldova Prezidenti Azərbaycan səfirini “Şərəf” Ordeni ilə təltif edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Moldova Prezidenti Azərbaycan səfirini “Şərəf” Ordeni ilə təltif edib - FOTO

19:55 - 13 / 12 / 2023
Moldova Prezidenti Azərbaycan səfirini “Şərəf” Ordeni ilə təltif edib - FOTO

Moldova Prezidenti Maya Sandu Azərbaycanın bu ölkədə diplomatik fəaliyyətini başa vuran səfiri Qüdsi Osmanovu “Şərəf” Ordeni ilə mükafatlandırıb.

Dekabrın 13-də Maya Sandu səfir Qüdsi Osmanovu qəbul edib.

Maya Sandu Kişineu və Bakı arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə, Moldova ilə Azərbaycan arasında yaxşı əməkdaşlığa, eləcə də böhran zamanı Moldova Respublikasına göstərdiyi dəstəyə görə yüksək qiymətin əlaməti olaraq Azərbaycan səfirinə təşəkkürünü bildirib və onu “Şərəf” Ordeni ilə təltif edib.

Prezident görüşdə bir sıra sahələrdə münasibətlərin genişləndirilməsinin və iqtisadi sahədə əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb. Maya Sandu, həmçinin sentyabrın 15-də “Azərbaycan Hava Yolları” QSC-nin Bakı ilə Kişineu arasında birbaşa reyslərinin açılmasını da alqışlayıb.

Paylaş:
316

Son xəbərlər

Bütün xəbərlər