İlham Əliyev İsveçrənin yeni seçilmiş Prezidentini təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev İsveçrənin yeni seçilmiş Prezidentini təbrik edib

11:09 - 25 / 12 / 2023
İlham Əliyev İsveçrənin yeni seçilmiş Prezidentini təbrik edib

Prezident İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Viola Amherdə təbrik məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım Amherd,

İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm.

Biz Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında təşəkkül tapmış əlaqələrə böyük əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin ötən dövr ərzində yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur.

İnanıram ki, xalqlarımızın rifahı naminə dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu xoş fürsətdən istifadə edərək qarşıdan gələn Yeni, 2024-cü il münasibətilə də Sizə və dost xalqınıza ən səmimi təbriklərimi yetirir, İsveçrə Konfederasiyasına daim firavanlıq və rifah arzulayıram".

Paylaş:
150

Son xəbərlər

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə 2 yeni müavin təyin edilib - DOSYEBu gün, 12:57“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirilibBu gün, 12:51Sabah 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:46Növbəti köç karvanı Füzuliyə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:41Babək Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunduBu gün, 12:36Mayın 5-də 9 illik təhsil bazası üzrə imtahanlar keçiriləcəkBu gün, 12:22Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçiriləcəkBu gün, 12:21Prezident daha bir icra başçısını vəzifəsindən azad etdiBu gün, 12:15TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıbBu gün, 11:51Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu verilibBu gün, 11:51PAŞA Holding tərəfindən Future Shapers inkişaf proqramının açılış tədbiri təşkil edilib - FOTOBu gün, 11:45Abşerona olan sevgi ziyalıları bir araya topladıBu gün, 11:42İsveçdə Qurani-Kərim yandırılıb - VİDEOBu gün, 11:27FHN metroda təlim keçirib - VİDEOBu gün, 11:23İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edibBu gün, 11:14“BakıKART” artıq m10-da!Bu gün, 11:02Bakıda mənzildən 60 min manatlıq qızıl-zinət əşyaları oğurlanıbBu gün, 10:59Autizmin əlamətləri hansılardır? - Psixoloqla MÜSAHİBƏBu gün, 10:45Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaqBu gün, 10:37Kamaləddin Qafarov: “Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq”Bu gün, 10:26
Bütün xəbərlər