Yanvarın 1-i Ukraynada matəm günü elan ediləcək | 1news.az | Xəbərlər
Dünya

Yanvarın 1-i Ukraynada matəm günü elan ediləcək

16:19 - 30 / 12 / 2023
Yanvarın 1-i Ukraynada matəm günü elan ediləcək

Yanvarın 1-i Ukraynada matəm günü elan ediləcək.

1news.az xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəsmisi Anton Gereşenko “X”də yazıb.

Onun sözlərinə görə, buna səbəb dekabrın 29-da Ukraynada həyata keçirilmiş kütləvi raket hücumudur.

A.Gereşenko bildirib ki, bu kütləvi hücum nəticəsində rekord sayda insan həlak olub.

Qeyd edək ki, dekabrın 29-da Ukraynaya kütləvi raket hücumu olub. Nəticədə 27 nəfər ölüb, 144 nəfər yaralanıb.

Xilasedicilər bu gün daha üç qurbanın cəsədini aşkar ediblər.

Qeyd edək ki, dekabrın 30-u Zaporojye, Odessa və Dneprdə matəm günü elan edilib.

Paylaş:
369

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər