Beynəlxalq axtarışa verilən şəxslər Türkiyədə saxlanılıb, Azərbaycanın axtarışa verdiyi şəxs də var | 1news.az | Xəbərlər
Dünya

Beynəlxalq axtarışa verilən şəxslər Türkiyədə saxlanılıb, Azərbaycanın axtarışa verdiyi şəxs də var

11:30 - 03 / 01 / 2024
Beynəlxalq axtarışa verilən şəxslər Türkiyədə saxlanılıb, Azərbaycanın axtarışa verdiyi şəxs də var

18 ölkənin, o cümlədən Azərbaycanın İnterpol xətti ilə qırmızı bülletenlə beynəlxalq axtarışa verdiyi 56 nəfər Türkiyədə saxlanılıb.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat yayıb.

O qeyd edib ki, ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus, Mərakeş, Fələstin, Hindistan, İsrail, İran, Qətər, Qazaxıstan, Moldova, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan və İordaniya tərəfindən qırmızı bülletenlə axtarışa verilən 56 nəfər Türkiyənin 11 bölgəsində keçirilən "QƏFƏS-28” əməliyyatı çərçivəsində saxlanılıb.

Onların çirkli pulların yuyulması, immiqrant qaçaqmalçılığı, narkotik ticarəti, rüşvət, insan alveri, oğurluq, dələduzluq və s. cinayət əməllərinə görə axtarışa verildiyi bildirilib.

Paylaş:
333

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər