Məmməd Abbasbəyli : “Ötən il 24 bazar subyektinə 650 min manatadək maliyyə sanksiyası tətbiq edilib”
“Dövlət Xidməti tərəfindən 2023-cü ildə rəqabət vəziyyətinin təhlil edilməsi məqsədilə kənd təsərrüfatı sektoru, karqo xidmətləri, dərman vasitələri və genişzolaqlı internet xidmətləri üzrə bazar araşdırmalarının aparıldığı və rəqabət təhlillərinin nəticələrinə uyğun olaraq qanunamüvafiq tədbirlər görülüb”.
1news.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
“2023-cü ildə haqsız rəqabətə yol vermə əlamətləri üzrə 48 işə baxılması başa çatıb, qanun pozuntusuna yol vermiş 24 bazar subyektinə 650 min manatadək maliyyə sanksiyası tətbiq edilib. 26 sahibkarlıq subyekti qanun pozuntularını könüllü aradan qaldırıb” – deyə M.Ababasbəyli əlavə edib.