Şahdağda 200-ə yaxın şəhid ailəsinin üzvləri üçün tədbir təşkil edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şahdağda 200-ə yaxın şəhid ailəsinin üzvləri üçün tədbir təşkil edilib

Qafar Ağayev17:05 - 19 / 01 / 2024
Şahdağda 200-ə yaxın şəhid ailəsinin üzvləri üçün tədbir təşkil edilib

Dövlət Turizm Agentliyinin tabeliyindəki "Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə Bakı və Abşeron rayonundan olan Vətən müharibəsi şəhidlərinin ailə üzvləri üçün tədbir keçirilib.

Agentlikdən 1news.az-a verilən xəbərə görə, “Mənim atam qəhrəmandır, mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində təşkil olunan sosialyönümlü tədbirdə 200-ə yaxın Vətən müharibəsi şəhidinin ailə üzvləri iştirak edib.

3 günlük tədbir çərçivəsində şəhid ailələri üçün kompleks ərazisinə ekskursiya təşkil edilib, müxtəlif atraksionlardan, kanat xətlərindən istifadə imkanı yaradılıb, eləcə də təlimçilər tərəfindən xizəksürmə vərdişləri və texnikası öyrədilib, tanınmış müğənnilərin iştirakı ilə musiqili-əyləncəli proqramlar təşkil edilib.

Həmçinin Vətən müharibəsi şəhidlərinin uşaqları üçün interaktiv oyunlar keçirilib, taxta fiqurların rənglənməsi və kulinariya üzrə master-klaslar təşkil olunub.

Tədbirin keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütovlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən qəhrəmanların bizlərə əmanəti olan övladlarını sevgi və qayğı ilə əhatə etmək, diqqət və qayğıdan kənar saxlamamaq, onlara xoş və yaddaqalan günlər bəxş etməkdir.

Qeyd edək ki, sayca 4-cü dəfə təşkil olunan sosialyönümlü tədbirin davamı olaraq 2024-cü ildə "Şahdağ” Turizm Mərkəzi tərəfindən bu formatlı daha 2 tədbirin keçirilməsi nəzərdə tutulub.

Paylaş:
340

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər