Yunanıstanlı deputat AŞPA-nın yeni prezidenti seçilib | 1news.az | Xəbərlər
Dünya

Yunanıstanlı deputat AŞPA-nın yeni prezidenti seçilib

15:51 - 22 / 01 / 2024
Yunanıstanlı deputat AŞPA-nın yeni prezidenti seçilib

Teodoros Rosopulos (Theodoros Rousopoulos) Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti seçilib.

1news.az "Report"a istinadən xəbər verir ki, Yunanıstandan olan deputat AŞPA-nın qış sessiyası zamanı qurumun prezidenti vəzifəsini icra edəcək.

Qeyd edək ki, yunan jurnalist və siyasətçi T.Rosopulos 2004-cü ildən 2008-ci ilin noyabrına qədər Konstantinos Karamanlis hökumətinin mətbuat katibi və informasiya və kommunikasiyaya məsələləri üzrə dövlət naziri olub.

O, 2008-ci ildə Vatopedi maliyyə qalmaqalına görə istefaya getməyə məcbur olub.

Paylaş:
415

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər