İtaliyanın sonuncu kralının oğlu vəfat edib
İtaliyanın sonuncu kralı II Umbertonun oğlu Savoylu Vittorio Emanuele Cenevrədə vəfat edib.
1news.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.
Qeyd edilib ki, fevralın 12-də onun 87 yaşı tamam olacaqdı.
Müharibədən sonrakı referendum nəticəsində hakimiyyətdən uzaqlaşdırılaraq sürgünə göndərilən II Umbertonun ailəsində Neapolda anadan olan Vittorio Emanuele İtaliya kral sülaləsinin başçısı sayılırdı.
590