Azərbaycan nümayəndə heyəti Çində bir sıra görüşlər keçirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nümayəndə heyəti Çində bir sıra görüşlər keçirib

15:24 - 06 / 02 / 2024
Azərbaycan nümayəndə heyəti Çində bir sıra görüşlər keçirib

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çinə səfər edib.

1news.az xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Çinin nəqliyyat vasitələri istehsal edən müəssisələrin rəhbərliyi ilə görüş keçirib, zavodların istehsal fəaliyyəti ilə tanış olub. Görüşlərdə ölkəmizin əlverişli biznes mühiti və investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib.

Qeyd olunub ki, enerji səmərəliliyinin artırılması, bərpa olunan enerji və bu sektora bağlı sənaye sahələrinin inkişafı ölkəmizin əsas prioritetlərindəndir. Azərbaycanda bu sahədə ixtisaslaşmış müəssisələrin qurulması üçün geniş imkanlar var. Çin şirkətlərinin nümayəndələrinə ölkəmizdə “yaşıl” texnologiyaların tətbiqi, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə sahəsində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb, biznes təşəbbüslər üçün geniş perspektivlərin olduğu vurğulanıb, Azərbaycanda birgə istehsal müəssisələrinin qurulması imkanları nəzərdən keçirilib.

“Alibaba”şirkətinin Qloballaşma Ofisinin rəhbərliyi ilə görüşdə Azərbaycan məhsullarının “Alibaba” elektron ticarət platformasında satışa çıxarılması məsələləri müzakirə olunub.

Azərbaycan nümayəndə heyəti həmçinin Pekin şəhərində yerli məhsullarımızın tanıdıldığı, “Made in Azerbaijan” brendinin nümayiş edildiyi Azərbaycan Ticarət Evində olub.

Paylaş:
258

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər