Türkiyənin ilk kosmonavtının Yerə qayıdışı başlayıb | 1news.az | Xəbərlər
Dünya

Türkiyənin ilk kosmonavtının Yerə qayıdışı başlayıb

19:12 - 07 / 02 / 2024
Türkiyənin ilk kosmonavtının Yerə qayıdışı başlayıb

Türkiyənin ilk kosmonavtı Alper Gezeravcının Beynəlxalq Kosmik Stansiyadan Yer kürəsinə qayıdışı başlayıb.

1news.az “Star”a istinadən xəbər verir ki, onun təxminən 48 saat sonra dünyaya çatması gözlənilir.

Qeyd edək ki, A.Gezeravcının kosmosa səyahəti yanvarın 19-da başlayıb. O, bir sıra təcrübələr həyata keçirib.

Kosmonavtın dünyaya qayıdışı əlverişsiz hava şəraiti səbəbindən indiyədək üç dəfə təxirə salınıb.

Paylaş:
936

Son xəbərlər

Bütün xəbərlər