“ROG Zephyrus G16 2024”: hər anı güc, üslub və universallıq vəd edən noutbuk – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“ROG Zephyrus G16 2024”: hər anı güc, üslub və universallıq vəd edən noutbuk – FOTO

10:00 - 04 / 03 / 2024
“ROG Zephyrus G16 2024”: hər anı güc, üslub və universallıq vəd edən noutbuk – FOTO

Virtual aləmdə atdığınız hər addımın epik macəraya çevrildiyi bir gələcək təsəvvür edin - texnologiyalar sahəsində öz möhtəşəmliyini reallığa çevirən ASUS şirkəti xüsusi olaraq geyminq və həyat tərzində mükəmməlliyə can atanlar üçün yaradılmış yeni şah əsərini – “ROG Zephyrus G16 2024” noutbukunu təqdim edir.

Geyminq haqqında təsəvvürlərinizi dəyişəcək “ROG Zephyrus G16 2024 oyun noutbuku dizaynı ilə diqqət çəkir. Möhkəm alüminium qatışığından hazırlanmış noutbukun korpusu güc və eleqantlığın ideal ahəngini təcəssüm etdirir, platin metaldan ilhamlanaraq yaradılmış yeni “Platinum White” rəng həlli isə əsl dəbdəbə hissi yaşadır. Öz növbəsində, noutbukun qapağındakı “Slash” işıqdiodları dinamikanı daha da artırır.

“ROG Zephyrus G16” təkcə gözəlliyi ilə deyil, həm də gücü ilə göz oxşayır. “Intel Core™ Ultra” neyroprosessoru və “NVIDIA GeForce RTX 4090” videokartı daxil olmaqla yeni nəsil texnologiyalar sayəsində bu noutbuk ən tələbkar oyunlarda və tətbiqlərdə qüsursuz performansı təmin edir.

Ultranazik oyun noutbukları üçün effektiv soyutma sistemi mühüm əhəmiyyət kəsb edir, elə buna görə də “Zephyrus G16” noutbukları mərkəzi prosessor üçün ikinci nəsil “Arc Flow” ventilyatorlarına və son dərəcə effektiv maye-metal termal interfeysinə malik ROG təkmilləşdirilmiş kompleks intellektual soyutma sistemi ilə təchiz edilib. Əlavə üçüncü ventilyator isə qrafik prosessordan və digər komponentlərdən isti havanı radiatorlara yönəldir və korpusdan xaric edir ki, bu da hətta ən ekstremal şəraitdə belə səmərəli soyutmanı və sabit performansı təmin edir.

Onu da xüsusilə qeyd edək ki, “Zephyrus G16” noutbuklarının “NVIDIA GeForce RTX 4080” və ya “NVIDIA GeForce RTX 4090” videokartları ilə təchiz edilmiş variantlarında buxarlanma kamerası və güclü komponentlərin effektiv soyudulmasını təmin edən iki ventilyator yerləşdirilmişdir.

“ROG Zephyrus G16” noutbukunun 2,5K genişlənməyə, 240 Hz yenilənmə tezliyinə və G-SYNC texnologiya dəstəyinə malik ROG Nebula displeyinin OLED matrisası inanılmaz təsir bağışlayır. Bu displey hətta ən dinamik oyunlarda belə inanılmaz detalizasiyanı, kontrastlığı və dəqiqliyi təmin edir. Noutbuk həmçinin yenilənmiş “Intel Core™ Ultra” neyroprosessoru ilə təchiz edilir ki, bu da təkcə hesablama gücünü deyil, həm də bol resurs tutumlu tətbiqlərdə performansı optimallaşdırmaq üçün intellektual alqoritmləri təmin edir.

Ultranazik korpus, iri düymə qapaqları və gözəl altişıqlanma noutbukdan istifadəni təkcə funksional deyil, həm də zövqlü edir - təkmilləşdirilmiş aşağı tezlikli dinamiklərə malik daxili səs sistemi güclü və təmiz səslənməni təmin etməklə hər anı misilsiz edir. Onu da vurğulayaq ki, kompakt ölçüləri bu noutbuku müxtəlif gündəlik tapşırıqlar üçün də əla seçimə çevirməklə yanaşı, həm də yüksək performansı təmin edir ki, bu da ümumilikdə “ROG Zephyrus G16 noutbukunun maksimum universallığından xəbər verir.

Bu noutbuku seçməklə siz tapşırıqların yerinə yetirilməsi sürətini əhəmiyyətli dərəcədə artırmış olacaqsınız. Belə ki, müasir və güclü aparat sistemi sayəsində bu noutbuklar təkcə geymerlər üçün deyil, həm də geniş istifadəçi kütləsi, o cümlədən media-kontent redaktorları, proqramçılar, rəssamlar, habelə portativ, dəbli və güclü cihaz axtarışında olan digər şəxslər üçün idealdır. “ROG Zephyrus G16 2024” sadəcə noutbuk deyil, ASUS şirkətinin güc, üslub və universallığı bir möhtəşəm cihazda birləşdirən innovativ sənət əsəridir.

“ROG Zephyrus G16 2024” ilə virtual dünyaya səyahət etməklə siz sadəcə oyun noutbuku əldə etmiş olmursunuz, həm də güzəştsiz geyminq və innovasiyalar dövrünə qapı açmış olursunuz. Yuxarıda qeyd etdiyimiz kimi, bu noutbuk nəinki öz eleqantlığı və gücü ilə fərqlənir, həm də oyundan gündəlik işlərə rahatlıqla keçid etməklə universallıq təklif edir. “ROG Zephyrus G16 2024” ilə hər an texnologiyalar və üslub dünyasında unikal macəraya çevrilir!

*ROG (“Republic of Gamers”) ASUS şirkətinin qabaqcıl oyun cihazları təqdim edən brendidir. 2006-cı ildə təqdim edilmiş ROG brendinə ana platalar, videokartlar, noutbuklar, masaüstü kompüterlər, monitorlar və periferik cihazlar daxildir. Şirkət qlobal oyun ictimaiyyətini fəal şəkildə dəstəkləyir və böyük kiberidman turnirlərinə sponsorluq edir. Geymerlər arasında böyük populyarlıq qazanmış ROG cihazları overklokinq üzrə yüzlərlə rekordlar müəyyən edib.

Reklam hüququnda

Paylaş:
196

Son xəbərlər

Şamaxıda narkokuryer tutuldu26 / 07 / 2024, 17:48MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək26 / 07 / 2024, 17:40Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib26 / 07 / 2024, 17:27Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub26 / 07 / 2024, 17:24AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı26 / 07 / 2024, 17:08Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib26 / 07 / 2024, 17:05PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib - FOTO26 / 07 / 2024, 17:00Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb26 / 07 / 2024, 16:49Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiqləndi26 / 07 / 2024, 16:41Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur - FOTO26 / 07 / 2024, 16:37Şimşək, yağış, 33 dərəcə isti - Faktiki hava26 / 07 / 2024, 16:29Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib26 / 07 / 2024, 16:23İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib26 / 07 / 2024, 16:15Milli Hidrometeorologiya Xidməti gözlənilən güclü küləkli hava şəraiti və sel təhlükəsi ilə bağlı çağırış edib26 / 07 / 2024, 16:01Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir26 / 07 / 2024, 15:53Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb26 / 07 / 2024, 15:45Təqaüdündən yığdığı 6600 manatla tur paketi aldı, aldadıldı - Şirkət və DİN-dən reaksiya26 / 07 / 2024, 14:38SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi26 / 07 / 2024, 14:35Mərkəzi Bank “Naxçıvanbank”da hesabı olanlara müraciət etdi26 / 07 / 2024, 14:29Qaxda Kürmükçaydan sel keçir26 / 07 / 2024, 14:26
Bütün xəbərlər