Azərbaycan Prezidenti Yaponiya İmperatoruna təbrik ünvanlayıb | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti Yaponiya İmperatoruna təbrik ünvanlayıb

11:21 - 23 / 02 / 2024
Azərbaycan Prezidenti Yaponiya İmperatoruna təbrik ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya təbrik məktubu ünvanlayıb.

1news.az-ın xəbərinə görə, təbrikdə deyilir:

"Əlahəzrət,

Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Yaponiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər