Azərbaycanın iki gimnastı Bakıdakı yarışda finala yüksəlib | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın iki gimnastı Bakıdakı yarışda finala yüksəlib

17:11 - 24 / 02 / 2024
Azərbaycanın iki gimnastı Bakıdakı yarışda finala yüksəlib

Azərbaycanın iki tamblinqçisi Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.

1news.az "Report"a istinadən xəbər verir ki, Mixal Malkin və Adil Hacızadə həlledici raunda vəsiqə qazanıblar.

Bu növdə mübarizə aparan Tofiq Əliyev, gənclərdən Bilal Qurbanov, batut gimnastikası üzrə yarışda isə Selcan Mahmudova finala adlaya bilməyiblər.

Qeyd edək ki, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku fevralın 25-də başa çatacaq.

Paylaş:
859

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQ

04 / 12 / 2025, 16:35

Çində güclü zəlzələ olub

04 / 12 / 2025, 12:52
Bütün xəbərlər