Bakıda vətəndaşdan silah-sursat aşkar edilərək götürülüb
Bakıda vətəndaşdan silah-sursat aşkar edilərək götürülüb.
1news.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidməti məlumat verib.
Bildirilib ki, Ədliyyə Nazirliyi Penitensiar xidməti əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Niyaməddin Həsənova məxsus 1 ədəd “RQ-42” markalı əl qumbarası, 1 ədəd “UZRQM” partladıcı, 1 ədəd “MPT” markalı avtomatik tüfəng, 5,45 mm çaplı 8 ədəd avtomat patronu və 36 kalibrli 1 ədəd tüfəng patronu Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.
Əl qumbarası Fövqəladə Hallar Nazirliyinin Xüsusi riskli xilasetmə xidmətinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.