Xaqani bağının ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xaqani bağının ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb - FOTO

Qafar Ağayev15:29 - 04 / 03 / 2024
Xaqani bağının ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb - FOTO

Xaqani bağı (Molokan bağı) paytaxt sakinləri və turistlər üçün Bakının ən sıx ziyarət edilən ərazilərindəndir. Parkda istirahət edənlərlə yanaşı, ərazidən sadəcə keçənlərin sayı da minlərlədir.

Bu barədə 1news.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Günün pik saatlarında parkın ətrafında hərəkət edən avtomobil sayının çoxluğu nəticə etibarilə digər küçələrdə də sıxlığa səbəb olur. Avtomobillərin yaratdığı səs-küy isə parkdakı insanların istirahətinə mane olur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən ərazidə aparılan monitorinqə əsasən, günün pik saatlarında parkın ətrafına saatda 800-dək nəqliyyat vasitəsi daxil olurdu. Nəticədə Akademik Zərifə Əliyeva küçəsi və onunla kəsişən küçələrdə ciddi nəqliyyat sıxlığı müşahidə olunurdu. Əraziyə daxil olan bu avtomobillərin mütləq əksəriyyəti (90%) sadəcə dövrə vurduqdan sonra həmin ərazini tərk edirdilər.

Həmçinin, əhali arasında keçirilən sorğuya əsasən, istifadəçilər bağ və küçələrə əsasən piyada və metrodan istifadə edərək gəlirlər. Ərazi “Sahil” metrosunu Fəvvarələr meydanı ilə birləşdirdiyindən burada böyük piyada axını müşahidə edilir – pik vaxtlarda saatda 6 min nəfər bu ərazidən keçir. Belə böyük piyada axını müşahidə edilən ərazidə təhlükəsiz istirahət zonasının yaradılması zəruri idi.

Belə ki, Xaqani bağı ətrafındakı ərazinin piyadalaşdırılması ilə bağlı AYNA tərəfindən layihə hazırlanaraq Nəqliyyatı Əlaqələndirmə Şurasına təqdim edilib. Şura parkın ətrafındakı Rəsul Rza, Xaqani və Qoqol küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Bununla yanaşı, Xaqani küçəsində parklanma yerləri də təşkil olunub.

Yeni layihə ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ərazidə abadlıq işlərinin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, növbəti mərhələdə həftə sonları yaxınlıqdakı küçələrdə də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və bu ərazilər də piyadaların istifadəsinə veriləcək.

Paylaş:
389

Son xəbərlər

Kamaləddin Qafarov: “Zərifə xanım Əliyevanın həyatı gözəl bir örnəkdir”Bu gün, 11:00Bakıda evdə köməksiz vəziyyətdə qalan azyaşlı xilas edilib13 / 04 / 2024, 17:42Tennis üzrə Azərbaycan birinciliyi başa çatıb13 / 04 / 2024, 17:00“Maşın bazarı”nda baş verən yanğında 4 mağaza yanıb - FOTO - YENİLƏNİB 213 / 04 / 2024, 16:33Gürcüstandan Azərbaycana pul köçürmələri 30% artıb13 / 04 / 2024, 16:12Şəmkir su anbarındakı torlar yığışdırıldı13 / 04 / 2024, 15:59Kürdə batan altı yaşlı uşaq və atasının axtarışları davam edir13 / 04 / 2024, 15:41İran israilli iş adamının gəmisini ələ keçirib13 / 04 / 2024, 15:14Ceyhun Bayramov Misirin YUNESKO-nun baş direktoru vəzifəsinə namizədi ilə görüşüb13 / 04 / 2024, 14:37Bakıda bağlı qapı arxasında köməksiz qalmış 3 və 5 yaşlı uşaqlar xilas edilib13 / 04 / 2024, 14:10Bu ilin ilk 3 ayında DSMF-nin xərcləri açıqlanıb13 / 04 / 2024, 13:54AYNA: “İcazə” blanklarının mübadilə və qalıq sayını açıqlayıb13 / 04 / 2024, 13:10Ötən il Azərbaycana gələn 2 milyona yaxın turist buradakı evində gecələyib13 / 04 / 2024, 12:53Sabah 25 dərəcə isti olacaq - Proqnoz13 / 04 / 2024, 12:26Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb13 / 04 / 2024, 11:47MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir13 / 04 / 2024, 11:33Bakıda kafedən içində pul olan çanta oğurlanıb13 / 04 / 2024, 11:04Milli Müdafiə Universitetinin Hərbi Kollecinə tələbə qəbulu davam edir - Təqaüdlə təhsil imkanı13 / 04 / 2024, 10:40DİN: Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb13 / 04 / 2024, 10:33Xankəndi şəhərində xeyli silah-sursat tapılıb13 / 04 / 2024, 10:09
Bütün xəbərlər