Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb

11:40 - 08 / 03 / 2024
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb

Azərbaycan boksçusu Sərxan Əliyev İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya təsnifat turnirində ikinci qələbəsini qazanıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, 71 kiloqram çəkidə qüvvəsini sınayan dünya çempionatının mükafatçısı onaltıdabir finalda Aleksandr Trofimçuku (Litva) məğlub edib. S.Əliyev rəqibinə 3:2 (29:28, 29:28, 28:29, 28:29, 29:28) hesabı ilə qalib gəlib. O, növbəti görüşünə martın 10-da çıxacaq.

Qeyd edək ki, “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirin altıncı günündə Azərbaycan millisinin 3 boksçusu rinqə çıxacaq.

Paylaş:
729

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər