Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO

Qafar Ağayev14:02 - 23 / 04 / 2024
Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələrinin şəxsi heyəti arasında yarış keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, yarışda bölmələrdə şəxsi heyətin fiziki hazırlığı yoxlanılıb, zirehli texnikanın ştat silahlarının təyin olunmuş vaxt ərzində sökülüb-yığılması, eləcə də digər tapşırıqlar üzrə normativlər qəbul edilib.

Yarışın keçirilməsində əsas məqsəd hərbi qulluqçuların fərdi bacarıqlarının inkişaf etdirilməsi, o cümlədən döyüş vərdişlərinin təkmilləşdirilməsidir.

Paylaş:
247

Son xəbərlər

Sabahın hava proqnozu

22 / 05 / 2025, 12:42
Bütün xəbərlər