Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB

16:26 - 18 / 05 / 2024
Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hotelinin açılışında iştirak ediblər.

1news.az xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev hoteldə yaradılan şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, “Ağalı” hoteli Zəngilan şəhər mərkəzindən 20 kilometr məsafədə, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində yerləşir. Hotelin binası üç mərtəbədən ibarətdir. Birinci mərtəbədə qonaqları foye və rahat gözləmə zonası qarşılayır. Foyenin sağ və sol hissələrində restoranlar fəaliyyət göstərəcək. Birinci mərtəbənin sağ qanadında 60 nəfərlik tədbir otağı, həmçinin işgüzar görüşlər üçün 20 nəfərlik iclas zalı mövcuddur. Sol qanadda isə xüsusi qonaqların qarşılanması üçün tədbir zalı və 76 nəfərlik restoran var.

Hotelin ikinci və üçüncü mərtəbələri eyni tipli otaqlardan ibarətdir. Hər mərtəbədə 39 otaq var. Həmçinin hotelin hər mərtəbəsində fiziki məhdudiyyətli qonaqlar üçün xüsusi dizayn edilmiş otaqlar da mövcuddur. “Ağalı” hotelinin zirzəmi hissəsində qonaqların sağlamlıq və istirahətini təmin etmək məqsədilə fitnes mərkəzi yaradılıb.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir. Bu baxımdan Füzuli və Zəngilanda tikilən, Laçında tikintisi davam edən beynəlxalq hava limanları azad edilən ərazilərimizin turizm potensialının reallaşmasında, turistlərin cəlb olunmasında mühüm rol oynayacaq.

14:16

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan rayonunun Ağalı kəndində “Ağalı” hotelinin açılışında iştirak ediblər.

1news.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Paylaş:
318

Son xəbərlər

Bazar gününün hava proqnozuBu gün, 13:45Bu gün Xalq şairi Xəlil Rza Ulutürkün anım günüdürBu gün, 13:25Bakıda avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilibBu gün, 13:10"Göz yaşı” adlı sosial çarx çəkiləcəkBu gün, 12:52Əlilliyi olan şəxslərə pulsuz verilən reabilitasiya vasitələrinin sayı artırılıb - SİYAHIBu gün, 12:48Azad olunmuş ərazilər üzrə idxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısına dəyişiklik edilibBu gün, 12:32Bakıda qadının əl çantasından 5 min manat oğurlayan dəstənin son üzvü saxlanılıbBu gün, 12:23Gəncədə qanunsuz tikintinin qarşısı alınıbBu gün, 12:01Xəzərdə zəlzələ olubBu gün, 11:44Azərbaycan neftinin qiyməti 88 dolları ötübBu gün, 11:18Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilibBu gün, 11:09Azərbaycan Prezidenti: Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidirBu gün, 11:01Abşeronda keçirilən əməliyyatlar zamanı 64 odlu silah və əl qumbaraları aşkarlanıbBu gün, 11:00Prezident: Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidirBu gün, 10:40Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 10:27Şəmkirdə polis narkotiklərin satışı ilə məşğul olan şəxsi saxlayıbBu gün, 10:16Prezident İlham Əliyev “Euronews”a müsahibə veribBu gün, 10:13Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulubBu gün, 10:00“Azərişıq”: Güclü küləyin vurduğu ziyan aradan qaldırılır21 / 06 / 2024, 17:53“Yerli şirkətlərin tanıtım sərgisi” başlayır21 / 06 / 2024, 17:35
Bütün xəbərlər