İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB

Qafar Ağayev20:59 - 19 / 05 / 2024
İran Prezidentinin olduğu helikopter qəzaya uğradı - YENİLƏNİB

"Mehr” agentliyi İran Prezidenti İbrahim Rəisinin xəsarət almadığı haqda xəbəri silib.

1news.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

***

18:40

"İran prezidentinin vəziyyəti yaxşıdır, kortejdə avtomobillə Təbrizə gedir".

1news.az xəbər verir ki, bu barədə "Mehr" Agentliyi məlumat yayıb.

***

17:45

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter sərt eniş edib.

1news.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bu helikopterdə dövlət başçısı ilə yanaşı Təbrizin cümə imamı Məhəmmədəli Ali Haşim, xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan valisi Malik Rəhməti və bir neçə başqa sərnişin də olub.

Xilasedicilər hadisə yerinə yola düşüb. Ölkə liderinin vəziyyəti barədə məlumat verilməyib.

İnsident İranın Şərqi Azərbaycan vilayətindəki Varziqan şəhərində baş verib.

Paylaş:
1054

Son xəbərlər

Tovuzda minik maşını aşıb

17 / 04 / 2025, 14:24
Bütün xəbərlər