Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb

Qafar Ağayev14:49 - 21 / 05 / 2024
Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb

Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəblə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparılıb.

1news.az xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi açıqlama yayıb.

Araşdırma nəticəsində məktəb direktoru tərəfindən kollektivə qarşı etik davranış qaydalarının pozulduğu və digər neqativ hallara yol verildiyi məlum olub.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağstafa rayon Yenigün kənd E.Mustafayev adına tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib.

Paylaş:
371

Son xəbərlər

Bütün xəbərlər