Biznesə dəstək, qarşıya qoyulan hədəflər, sahibkarların istəkləri - KOBİA-dan suallara CAVAB | 1news.az | Xəbərlər
İqtisadiyyat

Biznesə dəstək, qarşıya qoyulan hədəflər, sahibkarların istəkləri - KOBİA-dan suallara CAVAB

Qafar Ağayev13:45 - 21 / 05 / 2024
Biznesə dəstək, qarşıya qoyulan hədəflər, sahibkarların istəkləri - KOBİA-dan suallara CAVAB

Ölkəmizdə biznes, sahibkarlıq günü-gündən inkişaf edir.

Bu istiqamətdə kifayət qədər işlər görülür. Buna nümunə olaraq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılan Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyini (KOBİA) göstərmək olar.

Bəs qurum qeyd olunan istiqamətdə hansı işlər görüb?

Məsələ ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) 1news.az-ın sorğusuna cavab verilib.

- KOBİA tərəfindən sahibkarlığın inkişafı istiqamətində hansı addımlar atılıb?

- Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən biznes subyektlərinə müxtəlif dəstək və xidmətlər göstərilməkdədir. Bu dəstək və xidmətlər biznesin müxtəlif mərhələlərini əhatə edir. Biznesin planlaşdırılması mərhələsi üzrə Agentlik sahibkarlara biznes fəaliyyəti ilə bağlı informasiya, təlim, məsləhət xidməti göstərir, biznes planın hazırlanmasına kömək edir. Təkcə 2023-cü ildə sahibkarların maarifləndirilməsi, biznes biliklərinin artırılması məqsədilə KOBİA-nın ödənişsiz təlim və məsləhət xidmətlərindən 14 minə yaxın KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb. 700-ə yaxın biznes planın hazırlanmasında KOB subyektlərinə dəstək göstərilib. Agentliyin ödənişsiz video təlimlərindən 420-dən çox sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb. 40-a yaxın sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnmək üçün “Almaniya ilə biznes əməkdaşlığı” Proqramı çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.

Biznesə başlamaq, eləcə də sonrakı mərhələlərdə sahibkarlar dövlət və özəl qurumların vahid məkanda xidmətlərinin toplandığı KOB evlərinə müraciət edə bilərlər. KOB evlərində biznesin qeydiyyatından başlayaraq inkişaf etdirilməsinə qədər bütün istiqamətlər üzrə biznes xidmətləri göstərilir. Ötən ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışını etdiyi “Bakı KOB evi”nin fəaliyyətə başlaması ilə KOB evlərinin sayı 3-ə çatıb. Hazırda KOB evləri Bakı, Yevlax və Xaçmaz şəhərlərində fəaliyyət göstərir. KOB evlərində 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlara 300-dən çox adda xidmət təqdim olunur.

Biznesi işlət və biznesi inkişaf etdir mərhələləri üzrə sahibkarlar yuxarıda qeyd edilən dəstək və xidmətlərlə yanaşı, Agentliyin daxili bazar araşdırması, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant proqramı, “Startap” şəhadətnaməsi, yerli və beynəlxalq sərgilərdə iştirak, ticarət şəbəkələrinə çıxış, sahibkar maraqlarının müdafiəsi və s. kimi dəstək alətlərindən yararlana bilərlər. Belə ki, KOB subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmasının aparılmasına dövlət dəstəyi KOBİA tərəfindən təmin edilir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən ödənilir. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği maksimum 20 min manatdır. İndiyədək sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü ilə 50-dən çox daxili bazar araşdırması aparılıb. KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə indiyədək 58 layihəyə 1 mln. manatdan çox qrant vəsaiti ayrılıb. Mikro və kiçik sahibkarlara innovasiya fəaliyyəti üzrə əldə etdikləri gəlirlərə 3 il müddətinə vergi güzəştlərini nəzərdə tutan 145 “Startap” şəhadətnaməsi verilib. KOBİA-nın əsas fəaliyyət istiqamətlərindən biri KOB subyektlərinin daxili və xarici bazarlara çıxışına, satışa dəstək göstərməkdir. Bu məqsədlə KOBİA KOB-ların müxtəlif sərgi və yarmarkalarda iştirakına dəstək olur. Dəstək çərçivəsində sahibkarlar öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etməklə yanaşı, satış imkanlarını genişləndirir, yeni biznes əlaqələri qururlar. Təkcə 2023-cü ildə 10 sərgi çərçivəsində 80-ə yaxın KOB subyektinin məhsullarının ödənişsiz olaraq sərgilənməsinə, Agentlik tərəfindən ticarət şəbəkələrində yaradılmış 8 satış nöqtəsində 25-dən çox sahibkarlıq subyektinin məhsullarının satışına dəstək göstərilib.

Hazırda biznes üçün aktual məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərə investisiya yatırımaq və burada biznes qurmaqdır. Bu istiqamətdə sahibkarlardan KOBİA-ya müxtəlif müraciətlər daxil olmaqdadır. Agentliyə müraciət edən sahibkarlara işğaldan azad edilmiş ərazilərin iqtisadi və investisiya potensialına dair ətraflı məlumat, peşəkar məsləhət xidməti, müvafiq dövlət qurumları ilə əlaqələndirmə, yerli tərəfdaşların tapılması istiqamətində dəstək və xidmətlər göstərilir. Yerigəlmişkən Zəngilan rayonunun Ağalı kəndində yerləşən Dövlət Xidmətləri Mərkəzində KOBİA-nın kiçik və orta biznesə yönəlik xidmətləri həyata keçirən xidmət pəncərəsi fəaliyyət göstərir. Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə KOB dostu ofisləri yerləşir. Bu, bölgədə biznesin qurulmasına və inkişafına dəstək məqsədilə KOBİA-nı sahibkara daha yaxın edir. Eyni zamanda işağladan azad olunmuş ərazilərdə öz biznesini quran bir sıra sahibkarlar Agentliyin müxtəlif dəstək və xidmətlərindən istifadə ediblər.

- Hədəflər nələrdir və atılan addımlar hədəfinə çata bilirmi?

- KOBİA-nın əsas hədəfi ölkə iqtisadiyyatında KOB subyektlərinin rolunun artırılması və onların iqtisadi artımın əhəmiyyətli qüvvəsinə çevrilməsidir. Bu məqsədlə KOB subyektlərinin sayının, onların ölkə üzrə yaradılmış əlavə dəyərdə, məşğulluqda payının artırılması istiqamətində işlər aparılır. Belə ki, həm daxili resurslar, həm də peşəkar şirkətlər cəlb olunmaqla mütəmadi sorğular keçirilir, sahibkarlardan daxil olan müraciətlər təhlil olunur, sahəvi görüşlər və dəyirmi masalar təşkil olunmaqla onların təklifləri və çətinlikləri dinlənilir. Əldə olunan məlumatlar və aparılmış təhlillər əsasında ötən dövrdə biznes subyektləri və sahibkarlığa başlamaq istəyən şəxslər üçün bir sıra dəstək mexanizmləri istifadəyə verilib. Daxili bazar araşdırması, təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant proqramı, “Startap” şəhadətnaməsi, ticarət şəbəkələrinə çıxışa, yerli və beynəlxalq sərgilərdə iştirak üzrə dəstək tədbirləri bizneslərin inkişafı üçün səmərəli mexanizmlərdir. Ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən 50-yə yaxın KOB dostu ofisi yeni sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına yerində hərtərəfli dövlət dəstəyini təmin edir. Qarşıdakı dövrlərdə işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla, digər regionlarda növbəti KOB evlərini sahibkarların istifadəsinə verməklə biznesin vahid məkanda ehtiyacı olan dövlət və özəl qurumların xidmətlərinə rahat çıxışının əhatə dairəsi genişləndiriləcək.

KOBİA olaraq KOB-lara dəstək sahəsində daim qabaqcıl beynəlxalq təcrübəni öyrənir və mütərəqqi metodları tətbiq edirik. Bu yaxınlarda dövlət-biznes-universitet iş birliyi əsasında KOB Model Müəssisə istifadəyə verilib. Model Müəssisədə ilkin planlaşdırmadan başlayaraq müəssisənin qurulmasına qədər real biznes prosesini əyani müşahidə etmək mümkündür.

Ötən dövrdə əldə edilmiş nailiyyətlərin kəmiyyət ifadəsinə gəldikdə, KOB subyektlərinin yeni bölgü meyarlarının tətbiq edildiyi, eləcə də KOBİA-nın fəaliyyətə başladığı 2018-ci il daxil olmaqla 5 illik dövr ərzində KOB subyektlərinin sayı 54% artıb. Bu müddətdə KOB–ların qeyri-neft sektoru üzrə əlavə dəyərdə payı 23,5%-dən 27,2%-ə yüksəlib. KOB-lar tərəfindən yaradılan əlavə dəyərin həcmi 74%-dən çox artaraq təqribən 17,2 milyard manat təşkil edib. KOB-ların işçilərinin sayında da müsbət dinamika müşahidə olunur. Belə ki, hesabat dövründə bu göstərici 31% qədər artaraq 370 min nəfəri keçib.

- Sahibkarlar nələrin dəyişməsini istəyirlər, təklifləri nədir?

- KOBİA tərəfindən keçirilən sahəvi görüşlərin, aparılan sorğuların və Agentlik yanında İctima Şuranın iclaslarının nəticəsi olaraq, sahibkarlar əsasən regionlarda KOB subyektlərinin kreditlərə çıxışının məhdud olmasını, torpaqların təyinatının dəyişdirilməsinin hüquqi baxımdan mürəkkəbliyini, ölkə üzrə regional topdansatış məntəqələrinin sayının az olmasını, mikro və kiçik sahibkarların iri ticarət şəbəkələrində təmsil olunmasında çətinlikləri və s. qeyd edərək, bu istiqamətlərdə adekvat dəyişiklərin edilməsini istəyirlər.

Paylaş:
319

Son xəbərlər

Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıbBu gün, 17:50Sergey Narışkin Bakıda səfərdədirBu gün, 17:44PAŞA Holding-in sponsorluğu ilə növbəti Bakı Beynəlxalq Piano Festivalı keçirilib - FOTOBu gün, 17:40Abbas Mirzə Şərifzadə küçəsində avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edilib - FOTOBu gün, 17:36Milli Məclisin Gənclər və idman komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilibBu gün, 17:10Ayxan Hacızadədən Litvanın xarici işlər nazirinə CAVABBu gün, 17:01Azərbaycanlı professor 8 milyon avro mükafat qazanıbBu gün, 16:58Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli komanda-qərargah təlimi keçirilirBu gün, 16:48İlham Əliyev Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub - YENİLƏNİBBu gün, 16:40Konstitusiya Məhkəməsində İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüş keçirilibBu gün, 16:35Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilibBu gün, 16:21Leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var - XƏBƏRDARLIQBu gün, 16:11Buraxılış imtahanında yeni model tətbiq ediləcəkBu gün, 15:59Bakı metrosunda qatar yoluna düşən kişi ölübBu gün, 15:47Azərbaycanda səfərdə olan Macarıstan hərbçiləri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olublar - VİDEOBu gün, 15:35Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməlləri qoyulubBu gün, 15:11Bakıda 5 marşrut xəttinin hərəkət sxemində dəyişiklik olacaqBu gün, 15:00Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edibBu gün, 14:57İcma: Litva qoy gedib müxtəlif xalqların harmoniya içində yaşamasını Azərbaycandan öyrənsinBu gün, 14:44Cəbrayıl rayonunda “Karabakh Stone” MMC-nin zavodunun təməli qoyulubBu gün, 14:41
Bütün xəbərlər