Prezident Müstəqillik Günü münasibətilə İordaniya Kralını təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə İordaniya kralı II Abdullah ibn Al Hüseyni təbrik edib.
1news.az xəbər verir ki, təbrikdə deyilir:
“İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə
Əlahəzrət,
İordaniya Haşimilər Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İordaniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
277