Göygöldə Milli Yaylaq Festivalında “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Göygöldə Milli Yaylaq Festivalında “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

Qafar Ağayev10:15 - 10 / 06 / 2024
Göygöldə Milli Yaylaq Festivalında “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək

İyulun 5-7-dək Göygöl rayonunun ərazisində yerləşən Hacıkənd Xan Yaylağında keçiriləcək Milli Yaylaq Festivalı çərçivəsində “KOB FEST” sərgi-satış yarmarkası təşkil olunacaq.

Bu barədə 1news.az-a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, mikro və kiçik sahibkarların məhsul və xidmətlərinin satışına dəstək məqsədilə 2024-cü il ərzində ölkə regionlarında sərgi-satış yarmarkaları – “KOB FEST”lər keçiriləcək.

KOBİA-nın təşkilatçılığı ilə keçiriləcək “KOB FEST”in məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına tanıdılması və satışına dəstək olmaq, istehlakçıları KOB-ların məhsul və xidmətlərindən istifadəyə təşviq etməklə kiçik sahibkarların inkişafını dəstəkləməkdir. Sərgi-satış yarmarkaları həmçinin, həssas əhali qrupuna aid sahibkarlıq subyektlərinin və sənətkarların satış imkanlarını artırmağı, istehsalçıları və istehlakçıları bir platformada görüşdürməyi, KOB-lar və təchizatçı şirkətlər arasında işgüzar əlaqələrin qurulmasını hədəfləyir. Yarmarkalarda məhsul və xidmətlərini təqdim edəcək mikro və kiçik sahibkarların iştirakı üçün ödəniş nəzərdə tutulmur, bütün xərclər dövlət dəstəyi hesabına qarşılanacaq.

Yarmarkalar çərçivəsində mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar da təşkil olunacaq.

“KOB FEST”lərdə iştirak etmək istəyən KOB-ları, eləcə də ictimaiyyəti məlumatlandırmaq məqsədilə əvvəlcədən yarmarkanın keçiriləcəyi şəhər və rayonlar barədə mediada, Agentliyin saytında və sosial şəbəkələrdəki səhifələrində elanlar veriləcək.

Yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri, yaradıcı şəxslər və sənətkarlar iyunun 28-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB Fest – Göygöl” qeyd olunmalıdır).

Paylaş:
220

Son xəbərlər

“Azərişıq”: Güclü küləyin vurduğu ziyan aradan qaldırılır21 / 06 / 2024, 17:53“Yerli şirkətlərin tanıtım sərgisi” başlayır21 / 06 / 2024, 17:35Şəkidə uşaq bağçasında 105 min manatlıq mənimsəmə - Prokurorluq məlumat yaydı21 / 06 / 2024, 17:06Bu il magistratura imtahanında yüksək bal toplayanların sayı daha azdır - DİM rəqəmləri açıqladı21 / 06 / 2024, 16:48Qazaxıstanın nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib21 / 06 / 2024, 16:16DYP bölgələrdəki hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edibd21 / 06 / 2024, 16:04Türkiyə səfirliyi partlayışda həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı verib21 / 06 / 2024, 15:45Abşeronda xeyli mərmi, qumbara və digər sursatlar aşkar edilib - VİDEO21 / 06 / 2024, 15:36Lisey və gimnaziyaların 7 və 8-ci sinifləri üzrə qəbul imtahanı keçirilib21 / 06 / 2024, 15:22Azərbaycan 2 erməni hərbçisinə aid olan meyit qalıqlarını qarşı tərəfə təhvil verib21 / 06 / 2024, 15:15ABŞ səfirliyi həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı verib21 / 06 / 2024, 14:49Mingəçevirdə 25 yaşlı qadın qətlə yetirilib, əri təslim olub21 / 06 / 2024, 14:16“Crescent Mall”: Bakının Yeni Ticarət və Əyləncə Məkanı - VİDEO21 / 06 / 2024, 14:15Prezident və birinci xanım Botanika İnstitutunun yeni binası və Nəbatat Bağında görülən işlərlə tanış olublar - FOTO21 / 06 / 2024, 14:08Vətən Müharibəsindən sonra mina qurbanlarının sayı 369 nəfərə çatıb21 / 06 / 2024, 13:41Azərbaycan XİN-dən Avropa İttifaqına ÇAĞIRIŞ21 / 06 / 2024, 13:08Sabah Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - Proqno21 / 06 / 2024, 12:52Təhsil müəssisəsində aşkar edilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb21 / 06 / 2024, 12:46Azərbaycanda ilk dəfə Beynəlxalq Qurama Festivalı keçirilir - FOTO21 / 06 / 2024, 12:30Azərbaycan nümayəndə heyəti İOTA-da təqdimatla çıxış edib - FOTO21 / 06 / 2024, 12:16
Bütün xəbərlər