Sinqapurda Eldar Əzizova Prezidentdən danışdılar | 1news.az | Xəbərlər
Cəmiyyət

Sinqapurda Eldar Əzizova Prezidentdən danışdılar

Qafar Ağayev10:32 - 12 / 06 / 2024
Sinqapurda Eldar Əzizova Prezidentdən danışdılar

Bir neçə gün əvvəl Sinqapurda 9-cu Dünya Şəhərləri Sammiti keçirilib. Dünyanın bir sıra şəhərlərinin başçılarının iştirak etdiyi Sammitdə Bakı Şəhər İcra Hakimiyyətinin başcısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.

1news.az xəbər verir ki, Banqkok, Qlazqo, Şanxay, Praqa, Rotterdam şəhərləri də daxil olmaqla ümumilikdə 87 ölkənin şəhər merlərinin iştirak etdiyi forumun əsas mövzusu şəhərlərin gələcəyi, yaşana bilən və davamlı şəhərlər olub. Sammit çərçivəsində yaşıl enerjiyə keçid, şəhərlərin daha sağlam olması, davamlı gələcək inkişaf və digər bu kimi mühüm məsələlər müzakirə edilib.

Forumda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başcısı Eldar Əzizov tədbir iştirakçılarına Bakı haqqında məlumat verib. Bildirib ki, bu gün ölkə başçısı cənab İlham Əliyevin siyasəti nəticəsində Bakı şəhəri keyfiyyətcə dəyişib və kreativ şəhərə çevrilib. Paytaxtda 400-ə yaxın park salınıb və hazırda 10 yeni meqa-parkın tikintisi aparılır.

Səfər çərçivəsində nümayəndə heyətinin Sinqapurun davamlılıq və ətraf mühit naziri xanım Greys Fu ilə görüşü keçirilib. Xanım nazir Prezident İlham Əliyevlə qarşılaşmağı barədə xatirələrini bölüşüb, onun xarici dil bilikləri, siyasi savadı, problemləri düzgün analiz etmə qabiliyyətinə heyran olduğunu xüsusi vurğulayıb.

Görüşdə Eldar Əzizov xanım nazirə Bakı şəhəri haqqında nəşrləri təqdim edib.

Səfəri şərh edərkən Eldar Əzizov qeyd edib ki: “Sinqapurda olarkən özünəinam hissimiz daha da artdı. Prezident İlham Əliyevin siyasəti nəticəsində bu gün Bakı kommunal və bəzi diqər sahələrdə Sinqapurdan nəinki geri qalmır, bir sira göstəricilərə görə onu qabaqlayır. Bu gün Bakı şəhəri daha səliqəli və təmizdir. Bunu həm yerli vətəndaşlar, həm də şəhərimizə qonaq gələn çoxsaylı turistlər qeyd edir.”

Paylaş:
143

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər