“THE Impact 2024” reytinqinə daxil olan Azərbaycan universitetlərinin sayı 2 dəfədən çox artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“THE Impact 2024” reytinqinə daxil olan Azərbaycan universitetlərinin sayı 2 dəfədən çox artıb

Qafar Ağayev11:20 - 12 / 06 / 2024
“THE Impact 2024” reytinqinə daxil olan Azərbaycan universitetlərinin sayı 2 dəfədən çox artıb

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) tərəfindən Banqkok şəhərində keçirilən Qlobal Davamlı İnkişaf Konqresi çərçivəsində “THE Impact 2024” reytinqinin nəticələri elan edilib. Sözügedən reytinqə daxil olan Azərbaycan universitetlərinin sayı ötən ilə nisbətən 2 dəfədən çox artaraq 18-ə yüksəlib.

1news.az xəbər verir ki, 125 ölkədən 2 152 universitetin dəyərləndirildiyi reytinqdə Azərbaycan universitetləri arasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universiteti əhəmiyyətli nəticələr əldə edib.

Universitetlərin fəaliyyətinin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qiymətləndirildiyi “THE Impact 2024” reytinqinin nəticələrinə əsasən, “Yoxsulluğa qarşı mübarizə” üzrə Bakı Dövlət Universiteti (201-300), “Keyfiyyətli təhsil” üzrə ADA Universiteti (201-300), “Gender bərabərliyi” üzrə Qərbi Kaspi Universiteti (201-300), “Sərfəli və təmiz enerji” üzrə Azərbaycan Dövlət İqtisad Universiteti (101-200) və Xəzər Universiteti (101-200) Azərbaycanda birinci sıradadır.

Qeyd edək ki, hazırda konqres çərçivəsində Elm və Təhsil Nazirliyinin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə 10 qabaqcıl yerli universitet Azərbaycan pavilyonunda təmsil olunur.

Paylaş:
128

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər