NATO-nun mobil təlim qrupu tərəfindən HHQ-də kurs keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

NATO-nun mobil təlim qrupu tərəfindən HHQ-də kurs keçirilir

Qafar Ağayev17:49 - 13 / 06 / 2024
NATO-nun mobil təlim qrupu tərəfindən HHQ-də kurs keçirilir

2024-cü il üçün NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq proqramına əsasən, NATO-nun Hərbi Hava Qüvvələri Komandanlığının Mobil Təlim Qrupu tərəfindən Bakı şəhərində HHQ-nin şəxsi heyəti ilə "HHQ-də hava məkanının idarə olunması və nəzarət" mövzusunda kurs keçirilir.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, Kursun məqsədi NATO-da hava məkanının idarə olunması, eləcə də hava məkanına nəzarət fəaliyyətlərinin əsas prinsiplərini tədris etmək, dinləyicilərin ixtisaslar üzrə nəzəri biliklərini təkmilləşdirməkdir.
Qeyd edək ki, təlim kursu iyunun 14-dək davam edəcək.

Paylaş:
258

Son xəbərlər

Bütün xəbərlər